Avropa Liqası: “Qarabağ“ və “Qəbələ“ ilk raunda çıxır

Avropa Liqası: “Qarabağ“ və “Qəbələ“ ilk raunda çıxır backend

Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Lent.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycanı iki klub təmsil edəcək.


Azərbaycan çempionatının ötən mövsümünün bürünc mükafatçısı “Qəbələ” doğma meydanda Yunanıstanın “Panatinaikos” klubunu qonaq edəcək.
“Qəbələ”nin heyətində həbsdə olan sabiq kapitan Cavid Hüseynovdan başqa elə bir ciddi itki yoxdur. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
“Bakcell Arena”da keçiriləcək qarşılaşmasının start fiti 21:00 veriləcək.

Bu mərhələdə ölkəmizi təmsil edən Ağdamın “Qarabağ” klubu bu gün səfərdə İsveçrənin “Young Boys” klubunun qonağı olacaq. Ötən mövsümün qızıl medalçıları səfərdə sərfəli nəticə axtarışında olacaq.

Qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edəcək. Paytaxt Berndə “Suisse” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Diaspora