“Beşiktaş” “Hamburq”da çıxış edən türkiyəli futbolçu Tolqay Arslanı transfer edib.
QAZİLƏR.AZ-ın fanatik.com.tr-yə istinadən məlumatına görə, İstanbul klubu 24 yaşlı futbolçunun transferi qarşılığında almanlara 300 min avro ödəyəcək. Türkiyə mətbuatı “Beşiktaş”ın Tolqay Arslanla 3 il 5 aylıq müqavilə imzalayacağını bildirilib.Qeyd edək ki, Tolqay “Borussia Dordmund”un yetirməsidir. O, 2009-cu ildə “Hamburq”a transfer olunub.