Londondakı “Sotheby’s” auksion evinin keçirdiyi hərracda “Barselona” komandasının hücumçusu Lionel Messinin iki portreti satışa qoyulub.
Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, yaponiyalı rəssam Takasi Murakaminin çəkdiyi portret 429 min avroya, britaniyalı Demyen Herstin fırçasının məhsulu isə 494 min avroya satılıb.Hər iki rəsm əsərinin satış qiyməti “Sotheby’s” auksion evinin müəyyən etdiyi ilkin qiymətdən xeyli yüksək olub.
Hərracdan əvvəl verilmiş məlumata görə, bu şəkillərin satışından əldə edilən pul Banqladeş, İndoneziya və Nepalda təhsil proqramlarına sərf ediləcək.