PSJ-nin qapıçısı Keylor Navas Ukraynadan gələn məcburi köçkünlərə kömək edib.
Qol.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Kosta-Rikalı qolkiper Parisdəki evində 30 nəfəri qəbul edib. Futbolçu evindəki kino zalında 30 çarpayı yerləşdirib. Navasın həyat yoldaşı Andrea Salas ukraynalılar üçün yemək hazırlayaraq onlarla birlikdə dua da edib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edib və hazırda iki ölkə arasında müharibə gedir.