Millətlər Liqası: Yığmamızın potensial rəqiblərinin oyununda üç qol vuruldu

Millətlər Liqası: Yığmamızın potensial rəqiblərinin oyununda üç qol vuruldu backend

UEFA Millətlər Liqasında pley-off oyunlarına start verilib.

Ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş dörd komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparırlar.

Moldova millisi Kişineuda Qazaxıstanla üz-üzə gəlib. Meydan sahibləri ilk yarıda önə keçsələr də, fasilədən sonra qonaqlar iki qol vuraraq, əzmkar qələbə qazanıblar - 2:1.

Estoniya yığması isə Tallində Kiprlə qolsuz heç-heçə edib.

Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.

Bu görüşlər həmçinin Millətlər Liqasında cari mövsümün qruplarının tərkibinin dəqiqləşməsi baxımından da önəm daşıyır.

Moldova - Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.

Estoniya - Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası, pley-off
İlk oyunlar
24 mart

Moldova - Qazaxıstan - 1:2
Qollar: 
İon Nikolaesku, 45+1 - Sergey Malıy, 63. Vyaçeslav Posmak, 79 (öz qapısına)

Estoniya - Kipr - 0:0 

oxu.az

Diaspora