Futbol üzrə UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyanın "Barselona" klubunu qəbul edib.
Trend xəbər verir ki, matçda hesabı 28-ci dəqiqədə meydan sahibləri açıb. Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Pedri hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub.
"Nou Kamp" dakı görüşdə qapılara qol vurulmadığından, bu nəticə "Barselona"nı dörddəbir finala daşıyıb.