Gənc boksçumuz Avropa çempionatında ikinci qələbəsini qazanıb

Gənc boksçumuz Avropa çempionatında ikinci qələbəsini qazanıb backend

Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında təşkil olunan Avropa çempionatında ikinci görüşünü keçirib.

Trend-in məlumatına görə, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan N.İsgəndərov Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) də yarışdan kənarlaşdırıb.

Boksçumuz səkkizdəbir final mərhələsi çərçivəsində ev sahibini 5:0 hesabı ilə məğlub edib.

 

N.İsgəndərov dörddəbir final qarşılaşmasına martın 19-da çıxacaq. Təmsilçimizin rəqibi fransalı Hüqo Qrau olacaq.

Diaspora