“Neftçi“nin hücumçusu Xorvatiya klubunda

“Neftçi“nin hücumçusu Xorvatiya klubunda backend

"Neftçi”nin hücumçusu Ruslan Qurbanov Xorvatının “Hayduk” klubundan rəsmi dəvət alıb. Trend-in məlumatına görə, bu haqda Qol.Az-a paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov məlumat verib.

A.Əsədov deyib ki, hazırda tərəflər arasında danışıqlar gedir. A.Əsədov bildirib ki, “Neftçi” 23 yaşlı Qurbanovun “Hayduk”a keçməsində heç bir problem görmür.

A.Əsədovun sözlərinə görə, R.Qurbanovun Xorvatiya klubuna yaxın günlərdə transfer olunmaq ehtimalı yüksəkdir.

Xatırladaq ki, “Hayduk” hazırda Xorvatiya çempionatında üçüncü yeri tutur.

R.Qurbanov özü isə azerisport.com saytına müsahibəsində artıq bu gün xorvatlarla müqavilə imzalaya biləcəyini söyləyib. O deyib ki, müqaviləyə əsasən, "Hayduk"da dörd ay icarə əsasında, bu mövsümün sonuna kimi oynamalıdır.
Diaspora