Məşhur futbolçu hakimin anasını söydü

Məşhur futbolçu hakimin anasını söydü backend

“Barselona”nın müdafiəçisi Xerard Pike növbəti dəfə söyüş məsələsi ilə gündəmə gəlib. Lent.az-ın məlumatına görə, son olaraq Tiflisdəki superkubok oyunundan sonra Madrid “Real”ının ünvanına təhqiramiz ifadə işlədən ispan futbolçu bu dəfə hakimi hədəf alıb. İspaniya super kubokunun ikinci final görüşündə “Atletik Bilbao” ilə qarşılaşmanın 56-cı dəqiqəsində qırmızı vərəqə alan təcrübəli futbolçu səbəbinə hakim ola bilməyib və onu meydandan qovan hakim Valskoa Karvalyonun anasını söyüb. O, hakimə "sənin anan fahişədir" deyib.

Hakim oyunun protokoluna Pekenin onu söyməsini qeyd edib. əgər bu fakt təsdiqini taparsa futbolçunu 4-12 oyun cəza gözləyir.
Diaspora