FIFA və UEFA Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırıb

FIFA və UEFA Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırıb backend

FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

"Report"un məlumatına görə, ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.

Eyni zamanda Moskva "Spartak"ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. Bundesliqa təmsilçisi oynamadan növbəti mərhələyə yüksələcək.

Rusiya millisi martın 24-də Moskvada Polşa seçməsinə qarşı dünya çempionatının pley-off matçına çıxmalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq. Bu cütün güclüsü finalda Polşa ilə üz-üzə gələcək. Həlledici qarşılaşmada qalib gələn kollektiv noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Rusiyanın qadınlardan ibarət milli komandası isə iyulun 6-dan 31-dək İngiltərədə təşkil olunacaq Avropa çempionatında iştirak etməli idi.

Diaspora