AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Trend-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XXI turunun “Simurq” - “Qəbələ” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Oyunun 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 22 №-li futbolçusu Dmitri Bezotosniy sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
