Türkiyəli atlet Aslı Alptekin dopinqdən istifadə etdiyi üçün 2012-ci ildə keçirilən Olimpiya Oyunlarında 1500 metr qaçış üzrə yarışlarda qazandığı qızıl medaldan məhrum edilib.
Qol.Az-ın xəbərinə görə, bu haqda Lozannadakı İdman Arbitraj Məhkəməsinin mətbuat xidməti bildirib. Bundan başqa, A.Alptekin 8 il yarışlardan uzaqlaşdırılıb.
Qeyd edək ki, A.Alptekin barəsində araşdırma 2013-ci ildə başlanmışdı.