Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxıb.
Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi düşən Ağdam təmsilçisi Fransa səfərində “Marsel”in qonağı olub və 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.
17 fevral
Konfrans Liqası
Pley-off, ilk oyun
00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) - 3:1
Qollar: Milik, 41,(1:0) 44 (2:0), Kadi Borges, 85 (2:1), Dmitri Payet, 90+2 (3:1)
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
Marsel. “Velodrom” stadionu
Konfrans Liqasının pley-off mərhələsində keçirilən "Marsel" - "Qarabağ" ilk oyunundan (3:1) videoicmalı təqdim edirik.