Nazir və səfir "Marsel"lə oyundan əvvəl “Qarabağ”ın futbolçuları ilə görüşdü

Nazir və səfir "Marsel"lə oyundan əvvəl “Qarabağ”ın futbolçuları ilə görüşdü backend

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Qarabağ"ın futbolçuları ilə görüşüb.

Qol.az xəbər verir ki, bu barədə səfir özünün şəxsi tvitter səhifəsində məlumat paylaşıb.

Azərbaycanın rəsmi şəxsləri Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə bu gecə keçiriləcək oyun öncəsi "Qarabağ"ı ziyarət edərək futbolçulara uğurlar arzulayıblar.

Xatırladaq ki, "Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Diaspora