Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununa təyinat alıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Sportinq" (Lissabon) - CSKA (Moskva) matçını idarə edəcək.
Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Mustafa Emre Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, "Sportinq" - CSKA görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.