“Qəbələ” istirahətsiz davam edir

“Qəbələ” istirahətsiz davam edir backend

Topaz Premyer Liqasının II turunda AZAL-la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, avqustun 10-da Qəbələdə keçirilən “Qarabağ”la I turun ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” iki gündür Bakıda hazırlıq keçir.

Baş məşqçi Roman Qriqorçuk qarşılaşmanın ertəsi günü yalnız ilk turda meydana çıxanlara istirahət verib. Dünəndən paytaxtda keçirilən məşqlərdə isə komanda tam heyətlə məşq keçib.

“Qəbələ” əsasən toplu çalışmalardan ibarət olan məşqlərini ADBTİA stadionunda gerçəkləşdirir. Sabahkı hazırlığın qarşılaşmanın keçiriləcəyi stadionda baş tutması planlaşdırılıb.

Avqustun 15-də “AZAL Arena”da keçirilməli olan oyunun yeri də dəyişdirilib.

Belə ki, “Qəbələ”nin AZAL-la səfər oyunu “Dalğa Arena”da baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.
Diaspora