2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Apasport.az xəbər verir ki, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.
O, “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.
İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.
Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.