Avqustun 13-də Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda kişilər arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışların final mərhələsində Koreya Respublikası, Slovakiya, Qazaxıstan, Rusiya, İspaniya, ABŞ və Çindən 8 idmançı mükafat uğrunda mübarizə aparıb. Koreya idmançısı Conqyonq Kim 199 xalla yarışın qızıl medalını qazanaraq Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Vladimir İsaknenko (Qazaxıstan) 197,4 xalla ikinci, Juraj Tuzinski (Slovakiya) 178,9 xalla üçüncü yeri tutub.
Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.