Messi və Ronaldo ən bahalı futbolçuların siyahısına düşmədi

Messi və Ronaldo ən bahalı futbolçuların siyahısına düşmədi backend

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropanın top-5 liqalarında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb.

Qol.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, "Real"ın futbolçusu Vinisius Junior birinci pillədə yer alıb. 22 yaşlı braziliyalı hücumçunun transfer qiyməti 166,4 milyon avro göstərilib.

"Mançester Siti"dən Fil Foden (152,6 milyon avro) ikinci, "Borussiya"dan (Dortmund) Erlinq Haaland (142,5 milyon avro) isə üçüncü olub.

Lionel Messi (PSJ) Robert Levandovski ("Bavariya") və Kriştiano Ronaldo ("Mançester Yunayted") kimi futbolçular 100 nəfərlik siyahıya düşməyib.

Diaspora