Azərbaycanda dopinq aşkarlanan idman növləri - SİYAHI

Azərbaycanda dopinq aşkarlanan idman növləri -  SİYAHI backend

2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli açıqlama verib.

O bildirib ki, qayda pozuntularından 13-ü bu il icraata götürülmüş, 6-sı isə ötən ildən başlanan icraatlardır: "19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib".

Ş.Hüseynli 18 antidpoinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını əlavə edib. Bunlardan 5-i pauerliftinq, hərəyə 2-si güləş, velosiped idmanı, basketbol, hərəyə 1-i para-atletika, futbol, sambo, karate, boks, cüdo və paracüdoda qeydə alınıb.

Diaspora