"Azərişığ"ın sədri federasiya prezidenti seçildi - FOTO

"Azərişığ"ın sədri federasiya prezidenti seçildi -  FOTO backend

Azərbaycan Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib.

"Report"un mələumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Azərbaycan Avarçəkmə Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə İdarə Heyətinə üzv seçiliblər.

loading...
Diaspora