Qəbələdə keçirilən Dünya kubokunun 4-cü günündə 3 dəst medalın sahibi müəyyənləşib.
Qol.Az-ın gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, Qəbələ Stend və Ox Atıcılığı Kompleksində təşkil olunan yarışlarda kişilər 50, qadınlar 25 metr məsafəyə tapançadan atəş açmaqda, həmçinin kişilər dabl-trapda qüvvəsini sınayıb. Tapança növündə yarış asiyalıların üstünlüyü ilə keçib. Belə ki, 6 medaldan beşi asiyalıların olub. Çin ikisi qızıl olmaqla, üç medal qazanıb. Koreya isə hesabına iki medal əlavə edib. Digər mükafat Rusiyanın olub. Stenddə keçirilən dabl-trapda isə ABŞ, Böyük Britaniya və Rusiya növbəti medalını əldə edib.
Tapança, 50 m, kişilər
1. Jiajie May (Çin)
2. Daehun Park (Koreya)
3. Çeonqyonq Kim (Koreya)
Tapança, 25 m, qadınlar
1. Lijia Çao (Çin)
2. Vutalina Bataraşkina (Rusiya)
3. Jinqjing Janq (Çin)
Dabl-trap, kişilər
1. Valton Eller (ABŞ)
2. Stiven Skott (Böyük Britaniya)
3. Vasili Mosin (Rusiya)