Ulyanovskda Heydər Əliyevin xatirəsinə cüdo turniri keçirilib - FOTO

Ulyanovskda Heydər Əliyevin xatirəsinə cüdo turniri keçirilib -  FOTO backend

Rusiyanın Ulyanovsk vilayətində Azərbaycanın görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə II Regionlararası Xalqlar Dostluğu Kuboku keçirilib.

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti, Ulyanovsk şəhər Cüdo Federasiyası və Ulyanovsk vilayətinin Cüdoçular Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirdə Rusiyanın regionlarından 500-dən çox yeniyetmə idmançı iştirak edib.

Tədbirin açılış mərasimində Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri İslam Hüseynov, qubernator administrasiyasının etnik məsələlər və konfessiyalararası əlaqələr şöbəsinin müdiri Sergey Paxovski, Ulyanovsk vilayətinin müftisi Hacı İldar Safiullin, vilayətin idman naziri vəzifəsini icra edən Ramil Yeqorov, şəhər meri Dmitri Vavilin, şəhər dumasının sədri İlya Nojeçin və başqaları çıxış ediblər.

Təşkilatçılar və qonaqlar mötəbər yarışın iştirakçılarını təbrik ediblər və uğurlar arzulayıblar. “Turnirin əsas mesajı birlikdir. Əbəs yerə “Dostluq Kuboku” adlandırılmayıb. Heydər Əliyev gözəl insan idi. Onunla Ulyanovsk arasında çox sıx əlaqə vardı”, - deyə cüdo üzrə əməkdar məşqçi, turnirin rəhbəri Aleksey Başkaykin bildirib.

Diaspora