Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələrinin rəqibləri İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
Millimiz sayca üçüncü olacaq 2022/23 mövsümündə C liqasında mübarizə aparacaq. Püşkün nəticəsinə əsasən yığmamız 3-cü qrupunda yer alıb.
Komandamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq. Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil olunacaq.
Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.
Qeyd edək ki, yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.