Qəbələdə Dünya Kuboku: Koreyalılar iki medal qazandı

Qəbələdə Dünya Kuboku: Koreyalılar iki medal qazandı backend

Qəbələdə Dünya Kuboku yarışlarında tapançadan 50 metr məsafəyə atəş açma üzrə Koreya idmançıları iki medal qazanıb. APA TV-nin xəbərinə görə, avqustun 11-də kişilər arasında tapançadan 50 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi keçirilib. Yarışda Koreya və Çin idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Koreya idmançılarından ikisi mükafat qazanıb. Yarışda Mai Jiajey (Çin) 194.7 xalla birinci, Park Daohen (Koreya) 191.4 xalla ikinci, Kim ÇenqYonq (Koreya) 169.9 xalla üçüncü yeri tutub.

Bu gün qadınlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi də keçirilib. Yarışda Çin və Rusiya idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Çin idmançılarından ikisi mükafat qazanıb. Yarışda Cao Lijia (Çin) komandasına üçüncü qızıl medalı qazandırıb. Vitalina Batsaraşki (Rusiya) ikinci, Zanq Jinqinq (Çin) üçüncü, Olena Kostevyiç dördüncü yeri tutub. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Çin idmançıları bu yarışlarda artıq 5 medal qazanıblar. Onlardan 3-ü qızıl, biri gümüş və bürüncdür. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, 4 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 10 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Dünya Kuboku yarışları Olimpiya Oyunlarına 34 lisenziya verəcək. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

Diaspora