Qəbələdə Dünya Kuboku: ilk 3 günün 4 dəst medalçısı müəyyən olunacaq

Qəbələdə Dünya Kuboku: ilk 3 günün 4 dəst medalçısı müəyyən olunacaq backend

Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunun final mərhələsinin ilk mükafatçıları məlumdu. Apasport.az saytı xəbər verir ki, yarışın ilk günündə 4 dəst medal sahibini tapıb.

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda kişilər və qadınlar skit və 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmaqda qüvvələrini sınayıblar. Bu 4 növdə 8 bölgə təmsilçiləri fəxri kürsüyə qaxıb. ABŞ, Çin, İtaliya və İran hərəyə 2 medal qazanıbsa, Xorvatiya, Koreya, Avstriya və Böyük Britaniya hərəyə 1 dəfə fərqlənib.

Skit, qadınlar
1. Katyuşa Spada (İtaliya)
2. Morqan Kraft (ABŞ)
3. Amber Hill (Böyük Britaniya)

Skit, kişilər
1. Vinsent Hançuk (ABŞ)
2. Sebastyan Kunçik (Avstriya)
3. Qabriel Rozetti (İtaliya)

Pnevmatik tüfəng, 10 m, kişilər
1. Çao Yifey (Çin)
2. Sanq Do Kim (Koreya)
3. Peter Qorsa (Xorvatiya)

Pnevmatik tüfəng, 10 m, qadınlar
1. Elahe Əhmədi (İran)
2. Binbin Janq (Çin)
3. Necmə Xedmati (İran)
Diaspora