“Panatinaikos”un ulduz futbolçusu Bakıya gəlməyəcək

“Panatinaikos”un ulduz futbolçusu Bakıya gəlməyəcək backend

“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” matça hazırlığını davam etdirir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina təmsilçisi hazırda heç də tam heyətlə məşq keçə bilmir.

Üç futbolçu son məşqlərdə baş məşqçi Yannis Anastasiunun ixtiyarında olmayıb. Bunlar məşhur futbolçu Maykl Essyen, kapitan Zeka və müdafiəçi Rasmus Telanderdi. “Çelsi”, “Milan”, “Real” kimi klublarda çıxış etmiş Essyenin durumu daha ciddidi. Qana millisinin yarımmüdafiəçisi zədə ucbatından sentyabra qədər kollektivə qoşula bilməyəcək. Bu isə o deməkdi ki, Essyen “Qəbələ” ilə hər iki görüşü buraxacaq.

Portuqaliyalı yarımmüdafiəçi Zeka, eləcə də danımarkalı müdafiəçi Telander isə artıq fərdi məşqlərə başlayıblar. Kollektivdən ayrı qalan hər iki əcnəbi oyunçu hazırlığını trenajor zalında davam etdirir. Onların “Qəbələ” ilə ilk qarşılaşmada iştirakı sual altındadı.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında oyunlar avqustun 20-də və 27-də keçiriləcək.
Diaspora