Ronaldu "Qızıl top" mərasiminə qatılmayacaq

Ronaldu "Qızıl top" mərasiminə qatılmayacaq backend

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.

"Report"un məlumatına görə, bu barədə portuqaliyalı jurnalist Pedru Sepulveda özünün tvitter səhifəsində paylaşım edib.

36 yaşlı hücumçunun hansı səbəbdən belə qərar qəbul etdiyi bəlli deyil.

Qeyd edək ki, bu gün Fransanın paytaxtı Parisdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Ronaldunun özü də mükafata iddialı 30 namizəddən biridir.

loading...
Diaspora