Millimiz Rusiyaya da uduzdu

Millimiz Rusiyaya da uduzdu backend

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komandamız “Dalğa Arena”da Rusiya yığması ilə qarşılaşıb. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 4:0.

Qeyd edək ki, yığmamız əvvəlki dörd oyunun da hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu. 


25 noyabr

DÇ-2023-ün seçmə mərhələsi

E qrupu

Azərbaycan – Rusiya 0:4
Qollar:
 Marina Fyodorova, 16. Alsu Abdullina, 28. Alena Andreyeva, 43. Marqarita Çernomırdina, 90+5.
Hakimlər: İonela Alina Peşu, Petruta Klaudia Yuqulesku, Mihaela Elena Tepusa, Kristina Mariana Trandafir (hamısı Rumıniya).
Bakı. “Dalğa Arena”.

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 6, Malta – 4, Bosniya və Herseqovina – 1, Azərbaycan – 0.

Diaspora