Dünya çempionatı: İrina Zaretska finalda, Rafael Ağayev mübarizəni dayandırıb

Dünya çempionatı: İrina Zaretska finalda, Rafael Ağayev mübarizəni dayandırıb backend

Azərbaycan karateçisi Rafael Ağayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına 75 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə Li Fenq-Jen (Çin Taypeyi) və İvan Korabauya (Belarus) qalib gəlsə də, növbəti qarşılaşmada Skott Tomasa (ABŞ) uduzaraq, yarışı medalsız başa vurub.

16:45

Azərbaycan karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Qalina Melnik (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buxinger (Avstriya) ilə dueldən qalib ayrılıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı qızıl medal uğrunda italiyalı Silviya Semeraro ilə döyüşəcək.

Bu gün mübarizəyə qoşulan Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışı medalsız bitirib. Asiman Qurbanlı (+84 kq) isə yarımfinaladək irəliləyə bilib. Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan karateçi bürünc medal uğrunda mübarizə aparacaq.

Digər titullu karateçi Rafael Ağayev də (75 kq) bu gün yarışa qoşulacaq.

11:07

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində karate üzrə dünya çempionatı start götürüb.

"Report"un məlumatına görə, yarışın ilk günü Azərbaycan millisinin üzvlərindən Asiman Qurbanlı I mərhələdə Rıdvan Kaptana (Türkiyə), ardınca isə Aleksey Vodçitsaya (Belarus) qalib gəlib. 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı növbəti görüşünü Andrey Ozerova (Latviya) qarşı keçirəcək.

Bu gün Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) da çıxış edəcək.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçılarından Rafael Ağayev II mərhələdə Li Fenq-Jenlə (Çin Taypeyi), İrina Zaretska Nesrin Buqrin (Belçika) - Riasko Moskero (Kolumbiya) cütünün qalibi ilə görüşəcək.

Pənah Abdullayev eyni raundda Meris Muhoviçlə (Bosniya və Herseqovina) döyüşəcək. Fəridə Əliyev isə Sirrus Linqlla (ABŞ) üz-üzə gələcək.

Noyabrın 21-dək davam edəcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 noyabrda keçiriləcək para-karate üzrə dünya çempionatında 21 dövlətdən 81 idmançı qatılacaq. Azərbaycan yarışda 22 idmançı ilə təmsil olunur. Onlardan 5-i para-karateçilərin mübarizəsinə qatılacaq.

loading...
Diaspora