Rotterdamda Zəfər Günü münasibətilə şahmat turniri təşkil edilib - FOTO

Rotterdamda Zəfər Günü münasibətilə şahmat turniri təşkil edilib -  FOTO backend

Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin nəzdindəki “Qarabağ” idman klubunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Qazilər.az-a verilən məlumata görə, komitənin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə təşkil edilən “Zəfər turniri”ndə 7-14 yaşarası şahmatçılar iştirak ediblər.

Turniri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov turnirin Qarabağ Zəfərinin ildönümünə həsr edildiyini diqqətə çatdırıb. Sədr şahmatçılara uğurlar arzulayıb. Yeddi raunddan ibarət olan turnirin qalibi adını Əli Məmmədov qazanıb. İkinci yerə Əli Yılmaz layiq görülüb. Üçüncü yeri isə Xosrov Ağayev tutub.

Qaliblərə və iştirakçılara kuboklar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, şahmatçıların zəka mübarizəsini Azərbaycan və türk icmalarının nümayəndələri izləyiblər.

loading...
Diaspora