Qətərdə Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib -

Qətərdə Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib - backend

Qətərdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Doha şəhərində Azərbaycan və qardaş Türkiyə səfirliklərinin, eləcə də Qətərdə yaşayan Azərbaycan və Türkiyə icmalarının nümayəndələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib.

Qardaşlıq mühitində baş tutmuş dörd oyundan sonra Türkiyə Səfirliyinin komandası birinci yeri tutub.

Yarışın qalib və iştirakçıları kubok və medallarla mükafatlandırılıblar. Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov və qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Mustafa Göksu komandaların üzvlərini təbrik ediblər.

 

Diaspora