"Qarabağ" qrupdan çıxdı!

"Qarabağ" qrupdan çıxdı! backend

Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Qazaxıstanda "Kayrat"ın qonağı olub.

Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdə də 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub. "Qarabağ" bu qələbə sayəsində pley-offa vəsiqəni təmin edib. Buna qrupun bu gün keçirilən digər matçında “Bazel”in səfərdə “Omoniya” ilə heç-heçə etməsi də səbəb olub. 

Beləliklə,"Qarabağ" Azərbaycan futbolu tarixində daha bir ilkə imza ataraq avrokuboklarda qrupdan çıxan ilk klubumuz oldu.

4 noyabr

Konfrans Liqası

H qrupu, 4-cü tur

21:45. "Omoniya" (Kipr) - "Bazel" (İsveçrə) - 1:1

Qol: Kakoulis, 17 (1:0), Milar, 57 (1:1)

19:30. “Kayrat” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) - 1:2 

Qollar: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 62 (1:2)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena

Diaspora