"Qarabağ"ın legioneri "Kayrat"la oyunda zədələnib

"Qarabağ"ın legioneri "Kayrat"la oyunda zədələnib backend

"Qarabağ"ın futbolçusu Kadi Borges zədələnib.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi Qazaxıstanda "Kayrat"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının qrup oyununun ilk hissəsində sifətində xəsarət alıb.

Bu səbəbdən 25 yaşlı oyunçu 61-ci dəqiqədə Ramil Şeydayevlə əvəzlənib.

Qeyd edək ki, görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

loading...
Diaspora