Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Qol.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Qazaxıstanda "Kayrat"ın qonağı olacaq.
Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdən də yaxşı nəticə ilə qayıtmaq niyyətindədir. "Qarabağ" bu gün pley-offa vəsiqəni də təmin edə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır. Bu nəticələr qeydə alınsa, "Qarabağ" kimi 7 xalı olan "Bazel" də pley-offa yüksələcək.
4 noyabr
Konfrans Liqası
H qrupu, 4-cü tur
19:30. “Kayrat” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) - 1:2
Qol: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 62 (1:2)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena
21:45. "Omoniya" (Kipr) - "Bazel" (İsveçrə)