Avropa Liqası: pley-off mərhələsinin bütün iştirakçıları bəlli oldu

Avropa Liqası: pley-off mərhələsinin bütün iştirakçıları bəlli oldu backend

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşlərindən sonra pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.


Qol.Az-ın məlumatına görə, həmin komandaların sırasında Azərbaycanın iki təmsilçisi var.

"Qəbələ" "Apollon" səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" da mübarizəni pley-off mərhələsində davam etdirəcək.

Pley-off mərhələsinin püşkü bu gün, Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Püşkdə 44 komanda iştirak edəcək ki, bunlardan 29-u Avropa Liqasında III təsnifat mərhələsinin qalibi olacaq.

15 klub isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran klublardır.



Çempionlar Liqasından gələnlər: "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Panatinaykos" (Yunanıstan), "Lex" (Polşa), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya), "Molde" (Norveç), "Mitdilland" (Danimarka), "Videoton" (Macarıstan), "Milsami" (Moldova)


Avropa Liqasında III təsnifat mərhələsinin qalibləri: “Atletik” (İspaniya), “Rubin” (Rusiya), "Odd Qrenland" (Norveç), “AZ Alkmaar”, "Brondbü" (Danimarka), “Belenenseş” (Portuqaliya), "Rusenburq" (Norveç), "Hayduk" (Xorvatiya), "Qəbələ" (Azərbaycan), “Slovan” (Çexiya), "Thun" (İsveçrə), “Bordo” (Fransa), "Jilina" (Slovakiya), "Rabotniçki" (Makedoniya), "Dinamo" (Minsk, Belarus), "Yablonets" (Çexiya), "Astra" (Rumıniya), “Atromitos” (Yunanıstan), “Sent-Etyenn” (Fransa), “Standard” (Belçika), "Sauthempton" (İngiltərə), “Zarya” (Ukrayna), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya), “Borussiya” (Dortmund, Almaniya), "Kayrat" (Qazaxıstan), "Legiya" (Polşa), "Voyvodina" (Serbiya), “Altaç” (Avstriya)
Diaspora