“Qarabağ“ və “Qəbələ“nin rəqibləri müəyyənləşir (YENİLƏNİR)

“Qarabağ“ və “Qəbələ“nin rəqibləri müəyyənləşir (YENİLƏNİR) backend

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.



Püşkatma mərasimdə 44 komanda iştirak edəcək. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olacaq.

Azərbaycanı bu mərhələdə iki komanda - "Qarabağ" və "Qəbələ" təmsil edəcək. "Qəbələ" "Apollon" səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" da mübarizəni pley-off mərhələsində davam etdirəcək.

Hər iki komandamız püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da təmsilçilərimizi nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaq. Həmin komandalar sırasında “Borussiya” (Dortmund, Almaniya), "Ayaks" (Hollandiya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), "Fənərbaxça" (Türkiyə), "Zalsburq" (Avstriya), "Bordo" (Fransa), "Sauthempton" (İngiltərə) kimi komandalar var.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.




Səpələnmişlər: “Borussiya” (Dortmund, Almaniya), "Ayaks" (Hollandiya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), “AZ Alkmaar” (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), PAOK (Yunanıstan), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), “Standard” (Belçika), "Legiya" (Polşa), “Bordo” (Fransa), "Panatinaykos" (Yunanıstan), "Lex" (Polşa), “Sent-Etyenn” (Fransa), “Slovan” (Çexiya), "Sauthempton" (İngiltərə), “Krasnodar” (Rusiya), “Belenenseş” (Portuqaliya)

Səpələnməmişlər: "Rusenburq" (Norveç), "Qarabağ" (Azərbaycan), "Hayduk" (Xorvatiya), HİK (Finlandiya), “Zarya” (Ukrayna), “Atromitos” (Yunanıstan), "Molde" (Norveç), "Thun" (İsveçrə), "Astra" (Rumıniya), "Dinamo" (Minsk, Belarus), "Yablonets" (Çexiya), "Jilina" (Slovakiya), "Mitdilland" (Danimarka), "Videoton" (Macarıstan), "Brondbü" (Danimarka), "Voyvodina" (Serbiya), “Altaç” (Avstriya), "Rabotniçki" (Makedoniya), "Milsami" (Moldova), "Odd Qrenland" (Norveç), "Qəbələ" (Azərbaycan), "Kayrat" (Qazaxıstan)
Diaspora