"Qarabağ" 5 ildən sonra avrokubok qrupundakı ev oyununda qələbə qazanıb

"Qarabağ" 5 ildən sonra avrokubok qrupundakı ev oyununda qələbə qazanıb backend

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda Qazaxıstan "Kayrat"ına qalib gələn "Qarabağ" uğursuz seriyaya son qoyub.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi 5 ildən sonra avrokubokların qrupunda ev qələbəsi qazanıb. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv buna öz meydanındakı 15-ci matçında nail olub.

"Köhlən atlar" sonuncu dəfə doğma meydanda 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşma 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Diaspora