Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov final görüşündə çıxış edib.
Qazilər.az xəbər verir ki, 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.
Trend.az