"Çelsi"ni çox sevirəm. Premyer Liqada çalışmaqdan böyük zövq alıram. Əlbəttə, bəzən anlamadığım şeylər olur. Ancaq bunlar da Premyer Liqa haqqındakı müsbət düşüncələrimi dəyişmir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında deyib.52 yaşlı mütəxəssis uzun illər "Çelsi"də qalmaq istədiyini bildirib: "Mənə "Çelsi"də 10 il qalmağı təklif etsələr, heç düşünmədən qəbul edərəm. "Çelsi"nin bir parçası olduğu üçün çox xoşbəxtəm və burada uzun illər qalaram".
Komandasının Premyer Liqadakı çempionluq şanslarını da dəyərləndirən Mourinyo deyib: "Hələ qarşıda 13 oyun var. Bundan sonra 39 xal toplaya bilərik ki, bu da yüksək rəqəmdir. Liderliyimiz davam edir. Ən yaxın izləyicimizdən 7 xal öndəyik. Bundan sonra da hər oyunda qalib gəlmək istəyirik. Hazırda lider olsaq da, çempionluq yarışı hələ qabaqdadır".
Qeyd edək ki, dünən Premyer Liqanın 25-ci turunda "Everton"a 1:0 hesabı ilə qalib gələn "Çelsi" 59 xalla turnir cədvəlinə başçılıq edir.