Azərbaycan Hapkido Federasiyasına yeni prezident seçilib.
Oxu.Az-ın xəbərinə görə, bu, qurumun yeni prezidenti 56 yaşlı Zöhrab Məmmədov olub.
Zöhrab Məmmədov federasiyanın bir həftə əvvəl dünyasını dəyişmiş prezidenti Süleyman Məmmədlinin qardaşıdır.
1965-ci ilin Tovuzun Ağdam kəndində anadan olmuş Z.Məmmədov 90-cı illərin Qarabağ müharibəsi iştirakçısıdır. Özünə “Bozqurd” ləqəbini götürmüş Z.Məmmədov Tovuz özünümüdafiə batalyonunun komandirlərindən biri olub. 9-cu dan qara kəmər, Qrand Master, Beynəlxalq dərəcəli təlimatçı və “Azərbaycan Bayrağı” laureatıdır.
Qeyd edək ki, Süleyman Məmmədli 73 yaşında rəhmətə gedib. O, modul tipli xəstəxanada koronavirusdan dünyasını dəyişib.