Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib.
Qol.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanı Ştefan Kuntz çalışdıracaq. Almaniyalı mütəxəssisin təqdimat mərasimi sabah olacaq. O, bu vəzifədə Şenol Günəşi əvəzləyəcək.
Ştafan Kuntz son olaraq Almaniyanın U-21 millisini çalışdırıb.
Qeyd edək ki, Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra Şenol Günəşlə yollarını ayırıb.