UEFA “Qəbələ“ ilə oyundakı qalmaqala görə Tiflis “Dinamo“suna ağır cəza kəsdi

UEFA “Qəbələ“ ilə oyundakı qalmaqala görə Tiflis “Dinamo“suna ağır cəza kəsdi backend

UEFA "Qəbələ" ilə oyundakı qalmaqala görə Tiflis "Dinamo"suna ağır cəza kəsdi. UEFA Gürcüstanın "Dinamo" (Tiflis) klubunu cəzalandırıb. APA TV-nin məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu ilə mübarizə aparan bu komandanın azarkeşlərinin ev oyunu zamanı etdiyi hərəkətlər cavabsız qalmayıb. Belə ki, "Dinamo" UEFA bayrağı altında keçirilən yarışlar çərçivəsində bir ev oyununu boş tribunalar qarşısında oynamalı olacaq. Eyni zamanda kluba 20 min avro cərimə tətbiq olunub.

Qeyd edək ki, "Dinamo" "Qəbələ"ni iyulun 2-də qəbul etmişdi. Matçdan sonra gürcü azarkeşlər azərbaycanlı fanatlara hücum etmiş, dövlət atributlarımızı təhqir etmiş, bayrağımızı yandırmışdılar. Oyun zamanı isə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən xəritə və plakatlar açılmışdı.

Diaspora