UEFA Gürcüstanın "Dinamo" klubunu cəzalandırıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna Tiflis klubunun azarkeşlərinin Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"yə (Azərbaycan) qarşı Gürcüstanda keçirilən matçda irqçi davranışları, qeyri-qanuni pankart açmaları və meydançaya daxil olmaları səbəb olub. Buna görə "Dinamo" UEFA bayrağı altında keçirəcəyi növbəti rəsmi oyunu azarkeşsiz keçirməli olacaq. Bundan başqa, klub 20 min avro məbləğində cəzalanıb.
Xatıtladaq ki, həmin matçda Azərbaycan bayrağı təhqir olunub, ölkəmizin ərazi bütovlüyünə qarşı yönələn pankartlar açılıb.