Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” V turda Cəbəllütariqin qonağı olub. İlk 4 turdan sonra məğlubiyyətsiz turnir cədvəlinə başçılıq edən Şenol Günəşin yetirmələri xal üzünə həsrət qalan autsayder üzərində “Viktoriya” stadionunda 3:0 hesablı qələbə qazanıb. İkinci hissədə Halil Dervişoğlu (54-cü dəqiqə), Hakan Çalhanoğlu (65) və Kenan Karamanın (83) qolları sayəsində qardaş ölkə təmsilçisi qrupda 3-cü qalibiyyətini əldə edib.
Bu nəticə sayəsində xallarının sayını 11-ə yüksəldən türkiyəlilər liderliyini davam etdirirlər. Qrupun digər oyunlarında Norveç səfərdə Latviyanı 2:0, Niderland isə doğma arenasında Monteneqronu 4:0 hesabı ilə üstələyib. Niderlandla Norveç hərəyə 10 xalla 2-3-cü yerləri bölüşür.
Qeyd edək ki, G qrupunda sentyabrın 7-də Monteneqro – Latviya, Norveç – Cəbəllütariq və Niderland – Türkiyə oyunları keçiriləcək.