Kraliça Ronaldodan imzalı köynək istədi

Kraliça Ronaldodan imzalı köynək istədi backend

Böyük Britaniya kraliçası II Elizabet dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun “Mançester Yunayted” klubunun heyətinə yenidən qatılmasına biganə qalmayıb. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, kraliça futbolçudan imzalı formasını istəyib.

Lakin nə Ronaldo, nə də kraliça tərəfindən bunu təsdiq edən açıqlama gəlməyib. 

İddialar doğrudursa, Ronaldo II Elizabetin avtoqraf istədiyi ilk şəxs olaraq tarixə düşəcək. 

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə də "Mançester Yunayted"də oynayıb.

Diaspora