Tokio-2020: Azərbaycan 12-ci medalını qazandı

Tokio-2020: Azərbaycan 12-ci medalını qazandı backend

Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

"Report"un məlumatına görə, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

Diaspora