Azərbaycanlı “Altın qurd” rəqibini birinci raundda nokauta saldı - VİDEO

Azərbaycanlı “Altın qurd” rəqibini birinci raundda nokauta saldı - VİDEO backend

Azərbaycanın kikboksinq millisinin üzvü Bəhram Rəcəbzadə Türkiyənin İstanbul şəhərində keçirilən “Avatar Combat Cup” turnirinin qalibi olub.

Oxu.Az-ın xəbərinə görə, Urmiya azərbaycanlısı olan “Altın qurd” ləqəbli idmançımız ərəb əsilli Niderland kikboksçusu Kilat Bilal Hallie ilə qarşılaşıb.

Döyüş idmançımızın birinci raundda rəqibini nokaut etməsi ilə nəticələnib və idmançımıza kubok verilib.

Bəhram Rəcəbzadə saytımıza açıqlamasında bunları bildirib:

“Yarışda iştirak etməyimdə Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə və federasiya prezidenti Orxan Əliyevə dəstək göstərdikləri üçün dərin təşəkkürümü bildirirəm. Həmçinin hazırlıq prosesində köməklik göstərən şəxsi məşqçim, peşəkar kikboksinq millimizin çalışdırıcısı Çingiz Eyvazova və köməkçi məşqçim, həyat yoldaşım Nehir Fatma Rəcəbzadəyə öz minnətdarlığımı bildirmək istəyirəm.

Növbəti yarışım həvəskarların yarışı olacaq. 16-24 oktyabr tarixlərində WAKO dünya çempionatı keçiriləcək. Həmin yarışda hədəfim növbəti dəfə dünya çempionu olmaqdır”.

Qeyd edək ki, B.Rəcəbzadə peşəkar karyerasında keçirdiyi 59 görüşdə 58 qələbə qazanıb.

Diaspora