Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan 13-cü medalı qazanıb.
Səid Nəcəfzadə atletikanın uzunluğa tullanma növündə (T12 kateqoriyası) 7.03 metr nəticə göstərib.
Bu nəticə ona bürünc medal qazanmağa kömək edib.
Qeyd edək ki, bununla da Azərbaycanın medallarının əyarı 9 qızıl və 4 bürüncdən ibarət olub. Komandamız hazırda medal sıralamasında yeddinci yerdədir. (oxu.az)