Tokio 2020: İlham Zəkiyev bürünc medal üçün güləşəcək

Tokio 2020: İlham Zəkiyev bürünc medal üçün güləşəcək backend

Cüdoçumuz İlham Zəkiyev Yamaykadan olan rəqibinə ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi son Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi Şirin Şərifov (Özbəkistan) olacaq.

Beləliklə, bu gün cüdonun axşam seansında Dürsədəf Kərimova final, İlham Zəkiyev bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:00-dan etibarən başlayacaq.